Milli Məclisin deputatı: Talışlar bu bölgəyə gəlmə insanlardır, Ələkrəm Hümmətov və Fəxrəddin Abbaszadə isə əslində talış deyillər

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, 75 saylı Lənkəran – Masallı seçki dairəsindən deputat seçilmiş Cavanşir Paşazadə  “Yeni Müsavat”a açıqlamasında TMH (Talış Milli Hərəkəti) liderlərinin milli mənsubiyyətinə toxunub və deyib ki, “Ələkrəm Hümmətov, Fəxrəddin Abbaszadə (Aboszadə) kimi Azərbaycana, həmçinin talış millətindən olan insanlarımıza zərər vurmaqdan başqa heç bir işi ilə yadda qalmayan bu şəxslərin heç biri əslində talış deyillər“.

“Talışlar bu bölgəyə gəlmə insanlardır. 1990-cı illərdə törədilən təxribatlar heç vaxt təkrar oluna bilməz: “Bu, mümkün deyil. Həmin şəraiti bir daha yaratmaq istəyənlər heç nəyə nail ola bilməyəcəklər. Çünki cənub bölgəsində yaşayan talışlar onların məram-məqsədlərini yaxşı başa düşür və onları qəbul etmirlər”-deyə Paşazadə bildirib.

Qeyd edək ki,Milli Məclisin deputatı olan Cavanşir Paşazadə faktiki olaraq talışlara bağlı yalan məlumatlar yayır, çünki talış xalqı bu bölgədə gəlmə xalq deyil, yerlidir.  Ələkrəm Hümmətov, Fəxrəddin Abbaszadə isə hər ikisi talışdır.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP