Masallı-Ərkivan. Yol qəzası – ölən və yaralananlar var

Masallıda ağır yol qəzası olub, ölən və yaralananlar var.

Xəbər yeniləndi-ölənlər 2 oldu TolishMedia agentliyinin verdiyi xəbərə  hadisə rayonun Ərkivan qəsəbəsi ərazisində baş verib. Belə ki, Ümid Habil oğlu Əşrəfovun idarə etdiyi “Mercedes” markalı 10 FS 064 dövlət qeydiyyat nişanlı avtomobil Qodman kənd sakini Kənan Heydər oğlu Nəsirovun idarə etdiyi “Jiquli-VAZ 2107”markalı 44 BM 853 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə 1 nəfər ölüb, nəfər xəsarət alıb.Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdiriliblər.

Dünyasını dəyişən şəxsin VAZ 2107-nin sürücüsü olduğu deyilir.Xəstəxanaya çatdırılanların ikisi qadın, biri kiişidir. Onlar həmin nəqliyyat vasitəsində sərnişin olan Qızlavar kənd sakinləridir.Dünyasını dəyişən şəxsin meyidi aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı prokurorluqda cinayət işi açılıb, araşdırma aparılır.   Daha sonra aldıqımız məlumata görə , yaralılardan biri vəfat etmişdir

Tolish Media

Go to TOP