Kür çayı quruyur: vəziyyət vahiməlidir

Azərbaycanın ən böyük çayı olan və su təhçizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması baş verib.

TOLİSHMEDİA informasiya agentliyinin Neftçala müxbiri xəbər verir ki, Problemin varlığını Azərsu Açıq Səhmdar Cəmiyyəti də təsdiqləyib.

Sakinlər deyir ki, iki həftə kimi bir müddət olar Kürün səviyyəsi aşağı düşüb və çayda şirin su azaldıqca da Xəzərdən axan duzlu su bu ərazilərdə içməli su problemi yaradıb.

Azərsu Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, Azərsunun və Neftçala Rayon İcra Hakimiyyətinin 10-dan artıq avtomobili ilə su daşınması həyata keçirilir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Dilqəm Şərifov bildirib ki, Kür çayında suyun azalması təbii səbəblərlə bağlıdır və çayda suyun səviyyəsi azalıb deyə Xəzərdən gələn su müəyyən müddət orada problem yaradıb.

Go to TOP