Hüseyn Türkellidən riyakar bəyanat: İran Azərbaycana qarşı talış separatizmini dəstəkləyir

İranlı rəsmilər hər il ermənilərin Tehranda qondarma soyqırımın ildönümü ilə əlaqədar keçirdikləri aksiyalara qatılırlar. Amma Azərbaycana dəstək aksiyalarını amansız şəkildə dağıdırlar. Tehran, Təbriz və Urmiyada təşkil olunan aksiyalara da eyni formada mane olmağa çalışdılar.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir, ki bunu Ontario (Kanada) Vəkillər Kollegiyasının üzvü – vəkil, Lambton Kollecinin Hüquq fakültəsinin müəllimi  Hüseyn Türkelli bəyan edib.

“İran təkcə Azərbaycana yox, digər müsəlman ölkələrinə də eyni münasibəti sərgiləyir. Məsələn, Türkiyəyə qarşı PKK terror təşkilatını dəstəkləyir. Azərbaycana qarşı dini terrorizmi, talış və erməni separatizmini dəstəklədiyi kimi. Bu mənada, Tehran Azərbaycana qarşı İrəvanla eyni səngərdə döyüşür. Məqsədi də Azərbaycanı xəritədən silməkdir, bunu da bacarmasa, Liviya və Suriyaya çevirmək…”,- deyə Hüseyn Türkelli bildirib.

Qeyd edək ki, Hüseyn Türkelli irandilli, o cümlədən talış və kürd xalqları əleyhinə işləyən pantürkist dairələr əlində alətdir, maşa kimi istifadə olunur.

Go to TOP