ŞAH ABBAS 3-CÜ HİSSƏ ( Ordu islahatı , Şahsevənlər kimlər idi? , Hərbi mübarizə )

1) Səfəvi ordusu Şah Abbasın dövründə ən yüksək həddə çatdı. Şah Abbas ilk dəfə daimi ordunun tərkibində olan tüfəngçilərin “nizamlı” dəstəsini təşkil etdi. Tüfəngçilər həm piyada, həm də süvari olmaqla 12 min nəfərdən ibarət idi. Şah Abbas, eyni zamanda yeni 12 min topçu və 10-15 min gürcü və çərkəzlərdən ibarət süvari ordusunu yaratdı. 60 minlik qızılbaş ordusunu otuz minə qədər
azaltdı.

2) Bəzi müəlliflər, Şah Abbas Səfəvinin dövründə İngilis Şirli qardaşlarının əvvəlcə iranlılara topxana tanıtdırdıqlarını qeyd etsələr də Şah İsmayıl və Şah Təhmasibin dövründə və daha əvvəllər də İran ordusunda top və tüfənglərdən istifadə edilməsinə dair kifayət qədər tarixi sübutlar var.

3) Bir çox tarixçilərin yanlış və ya təhrif etdikləri məsələ isə şahsevənlər barəsindədir .Şah Abbas öz başçılarından başqa heç kimə itaət etməyən islamı qəbul etmiş gürcü, erməni, çərkəzlərdən ibarət on minlərlə süvari və 12000 piyadaya çatan bir qüvvə meydana gətirdi və onlara “Şahsevən” (yəni şah dostu ) adlandırdı, onun rəhbərliyini isə özü həyata keçirirdi. Bəzi mənbələrin məlumatına görə, Şah Abbasın hakimiyyətinin son illərində şahsevənlərin sayı 100.000-ə çatırdı.

4) Səfəvi dövlətinin əsas düşmənləri, şərqdəki özbəkləri və qərbdəki Osmanlıları məğlub etmək üçün kifayət qədər böyük bir ordu qurmağa vaxt lazım idi. ŞərqdəSəfəvilər ard-arda məğlubiyyətə uğradılırdılar, Məşhəd dağılmış, Sistan mühasirəyə alınmışdı və 1537-ci ildən bəri Səfəvi hakimiyyəti altında olan Qəndəhar 1590-cı ildə Moğolların əlinə keçdi. 1598-ci ildə görkəmli Özbək xanı Abdullah Xanın ölümündən sonra daxili münaqişə sülaləni zəiflətdi. Şah Abbas 1598-ci il avqust ayında Özbəkləri darmadağın etdi və on il düşmən əlində olan Heratı ələ keçirdi. 1605-1606-cı illərdə
Osmanlılarla döyüşə biləcək güclü ordu yaratdıqdan sonra müharibə meydanına atıldı. Onillərlə davam edən hərbi mübarizə Osmanlıların darmadağın edilməsi ilə başa çatdı . Şah Abbasın başçılığı ilə Təbriz yaxınlığındakı Sufiyan çölündə böyük qələbədən sonra Amasya müqaviləsi (1555)
çərçivəsində Osmanlı ordusunu öz ərazisindən qovmaq və müxtəlif illərdə rəqib üzərində faktiki qalibiyyətlər əldə etməklə 1618-ci ildə Sərabda Osmanlıları barışıq müqaviləsi imzalamağa məcbur edəcək strateji gedişat və ordunun gücləndirilməsi
üçün ardıcıl səylərini davam etdirdi. Sufiyan döyüşündə Şah Abbas özünün osmanlılardan xeyli dərəcədə zəif olan qüvvələrindən çox yaxşı istifadə edərək nəqədər qüdrətli bir komandir olduğunu sübuta yetirdi.

……Mübarizənin ən qısa təsviri isə budur .Osmanlı tarixçisi İbrahim Pəçəvi yazır : “Beləliklə, islam döyüşçülərinin 10-12 ildə əldə etdikləri hər şey itirildi. Bu allahsız şah ikicə ildə hər şeyi döyüşlə əlimizdən aldı”.

Rəhim Əfəndi

Go to TOP