Nəticə çıxardın

Soldakı, İranın Təbriz şəhərini təmsil edən “Traktorsazi” komandasıdır.Dünən finalda “Esteqlal” klubunu məğlub edərək, futbol üzrə İran kubokuna yiyələndi.

Bu klubun stadionu pantürkçü-bozqurdçuların oylağıdır, desək yanılmarıq.Təxribatçı türklər həmişə bu klubun stadionunu özlərinin irqçi təbliğatları üçün münbit məkan hesab etmişlər.Çünki, digər məkanlarda müsəlman İran xalqının bunların şovinist şüarlarına dəstək verməyəcəklərinin fərqindədirlər.

Türkiyə və Azərbaycanda pantürkizmin təsir dairəsində olan KİV-lər insafla desək, “Traktor” klubu fanatlarının “Turan sevdalısı” olmaları imitasiyasını formalaşdırmağı bacarmışdılar.Fəqət, final oyununda klub oyunçularının, şəhid Süleymani və Baqirinin rəsmi həkk olunan futbolkalarla meydana çıxmaları, pantürkçülərin keflərinə soğan doğramaqla bərabər , həm də bu vaxtadək cəmiyyətə sırıdıqları yalanlarını da iflasa uğratdı.

“Traktor” un qələbəsi göstərdi ki, nə İran dövləti rəsmən milli ayrı-seçkilik siyasətini dəstəkləmir, nə də ki, İrandakı türkdilli əhali , o cümlədən sözügedən klub fanatları İranın parçalanmasına yönəlik hər hansı bir irqçi çağırışları qətiyyən qəbul etmir Sağdakı klub isə, bir vaxtlar Azərbaycanın ən populyar klublarının önündə gedən, bütün Talış bölgəsinin, türk-talış etnik kimliyindən asılı olmayaraq döyünən ürəyi olan Xəzər –Lənkəran futbol klubudur.Bu klubun Azərbaycana azarkeş mədəniyyətini gətirdiyi danılmaz faktdır.Mən özüm də, qardaşlarım da bu klubun qızğın fanatları idik.

İndi isə Xəzər -Lənkəran klubu yox olsa da azarkeşləri hələ də mövcuddur.Çünki, bu sevgi təmənnasız idi, bu sevgi insanların həm də öz bölgələrinə olan məhəbbətlərindən qaynaqlanırdı.Klubun Biləsuvar və Cəlilabadda belə çılğın fanatları var idi.Bölgə əhalisininn iki həftədən bir cəmləşib, ağır həyat şəraitlərini, sevimli klublarının qələbələri ilə müvəqqəti də olsa unutmağa çalışdıqları məkan idi “Fırtınala meydanı”!

Nə yazıq ki, onu da bu bölgəyə çox gördülər.Klubda azarkeşlərin talış dilində danışmağı, talışca siyasi olmayan idman şüarları səsləndirmələri görünür, kimlərisə narahat etdi.Sonda bu komandanı məqsədli şəkildə dəfələrlə uduzduraraq, baş məşqçilərini belə təhdid edməkdən həya etmədilər.Bundan əlavə kluba sponsorluq edən şirkətlərə qarşı əsassız hücumlar başlandı.Təbii ki, belə bir şəraitdə rəhbərlik məcburiyyət qarşısında qalıb klubu dağıtmaq xəttini götürdü.

Əzizlər , sonda bütün bu yazılanlardan nəticə çıxarmağı unutmayın.

Elvin İrşadov (Umar Ali)

 

Go to TOP