NOVRUZ BAYRAMI 1-Cİ HİSSƏ. NOVRUZ SÜFRƏSİNİN 7 BƏZƏYİ VƏ TARİX

1) Qış ağ köynəyini yerdən yavaş-yavaş götürəndə və o qədər də isti olmayan günəş yer üzünü istiləşdirməyə başlayır. Qış qarını buxarlandırıb yer üzünü istiləşdirəndə yer üzü yaşıllaşır və təbiət oyanır.
2) Novruz bayramı sanki insanlar arasında yeni bir həyatın başlanğıcını qurur. İnsanlar bayramdan əvvəl izah edilə bilməyən bir sevinclə bayram üçün alış-veriş edirlər. Novruz ən gözəl və qədim bayramlardan biridir. Təbiətin dirilməsi ilə eyni vaxtda dostluq və ailə münasibətləri yenilənir, çünki bu günlərdə insanlar barışıb yaxınlarını və dostlarını ziyarətə gedir, hətta arada olan kin və ədavəti sevgi və xeyirxahlıq əvəz edir. Novruzun adət və ənənələri, Novruz süfrəsinin simvolik rəmzləri haqqında sonrakı hissələrdə paylaşacağımız üçün bu mövzunu burda saxlayırıq.
3) Əvvəlcə onu qeyd edək ki, Novruz bayramının tarixi çox – çox qədimdir. Novruzun tarixi və baniləri haqqında yazmaq istəsək də bu gözəl bayramın ovqatını mübahisə və müzakirə obyektinə çevirməmək üçün bu barədə yazmamaq qərarını verdik. Beləliklə , bayramın adət və ənənələri, rəmzləri, tarixi barədə məlumat verdikdə hər şey dolayısı yolla anlaşılacaq. Onu da qeyd edim ki, bayramı sonradan mənimsəyən xalqlar öz dini inanc və inamlarını Novruz adətlərinə əlavə etdiyi üçün bayram rəngarəng xüsusiyyətlər ilə zənginləşmişdir.Tarixçilər bilərəkdən və ya bilməyərəkdən bu inancları misal çəkmək və oxşarlıq əlamətlərindən istifadə edərək bayramı özününküləşdirməyə çalışsa da ana xətti, yəni bayramın əsas rituallarını unutmamaq lazımdır və məsələni bu perspektivlərdə dəyərləndirmək vacibdir. İndi isə keçək əsas mövzumuza.
4) “Novruz süfrəsinin 7 bəzəyi və tarixi”. Yaxın zamanlara qədər Azərbaycanda da kütləvi şəkildə həyata keçirilən bu ənənə getdikcə unudulmağa başlayır. Bəs 7 rəqəmi özündə nəyi ehtiva edir? Niyə müqəddəs sayılır?.
Onu da qeyd edək ki, bu ənənə hələ də İran, Əfqanıstan, Tacikistanda davam etdirilir. Avesta mətnlərində göstərilir ki, şər mücəssəməsi olan Əhrimən Ahura Məzdanın yaratdığı dünyaya hücum etdi, səmanı yardı, suyu bulandırdı, yerin hamar səthini kələ-kötür hala saldı, bitkini, buğanı və insanı susuz qoyub məhv etdi, odu tüstüyə yoluxdurdu və nəticədə işıqlı və isti dünyanı qaranlığa və soyuğa qərq edərək, öz xoşladığı vəziyyətə saldı. Əhrimən yeddi şər ruhu:
1. Yalan 2. Düşkünlük 3. Təkəbbür 4. Ölüm 5. Qərəz 6. Qorxaqlıq
7. Cadugərlik -dünyaya saldı. Bunu görən Ahura Məzda dünyanın müdafiəsi üçün yeddi “ölməz MÜQƏDDƏSİ” (Ameşa Sipənd) yaratdı:
1. Səmanın qoruyucu ruhu. Şəhrivər (həqiqət)
2. Suyun qoruyucusu. Xordad (bitkinlik, kamillik) 3. Yerin müdafiəçisi. Sipənd Armaiti (mərhəmət, şəfqət)
4. Bitkinin qoruyucusu. Amordad (əbədilik)
5. Mal-qaranın qoruyucusu. Bəhmən (xoş niyyət)
6. Odun (atəşin) qoruyucusu .Ordibehişt (güc, qüdrət)
7. İnsanın himayəçisi.
(Sipənd Manyu). Bu yeddi müqəddəs Yerə məhz çərşənbə günü göndərildi. Bununla da gecə ilə gündüz bərabərləşdi, qışın soyuğundan, zülmətin bolluğundan yararlanıb kainata zərər vuran Əhrimənin dəstəsi tədricən geri çəkilməyə başladı. Bu səbəbdən də zərdüştilikdə çərşənbə gününü “müqəddəs ruhlarla görüş günü” kimi qəbul edirlər. Bir gün əvvəl, şər qarışan vaxt təmtəraqla şadyanalıq edib onların gəlişinə hazırlaşırlar. Hər çərşənbədə onlardan birinə dualar oxuyub Əhrimənin zülmündən qurtulmaq üçün köməyə çağırırlar.Axırıncı çərşənbədə isə 7-ci müqəddəs – Sipənd Manyu Yerə təşrif buyurur və Novruz başlayır. Novruz süfrəsinə 7 növ yeyəcək qoyulması da məhz bununla bağlıdır.
4)  “HƏFT SİN” Hər il iranlılar Novruzda “Həft Sin” ( Yeddi S hərfi ilə başlayan bayram əlaməti) süfrəyə düzülür, yəni “Sin” (س) hərfindən başlayan yeddi şeyi qoyulur, amma bu Həft Sin (7 S hərfli bəzək) əvvəlində “Şin” (ش)hərfi ilə başladı. Əksər mənbələr göstərir ki, Sasani hakimiyyəti dövründə və İslam dinindən əvvəl Həft Şin (7 Ş hərfi ilə başlayan əlamət) olub və bir neçə ildən sonra (Şin – Ş ) rəmzi olan (Sin – S) hərfinə dəyişdirilir. Həft Sin (Yeddi S hərfi ) daxildir :
1. Sir – سیر( sarımsaq)
➡️ Sağlamlıq və salamatlıq 2. Serke – سرکه (Sirkə)
➡️ Yaşlılıq və dözümlülük 3. Səbzi – سبزی (göyərti)
➡️Yenidən dünyaya gəlmək 4. Senced – سنجد (iydə)
➡️ Sevgi və məhəbbət 5. Somaq – سماق(sumaq)
➡️ Günəşin doğuşu 6. Səbze – سبزه (səməni)
➡️ Rifah və bolluq 7. Sib – سیب (alma)
➡️ Gözəllik və görkəmlilik
5) “HƏFT ÇİN” və “HƏFT QAB” “Həft Çin” adı qədim dövrlərdə, əsasən gildən hazırlanmış əla və müxtəlif naxışlarla Çindən gətirilən çox gözəl çini qablara deyilirdi. Ç (چ) hərfi ilə başlayan çini qablar uzaq Çin ölkəsindən İrana gətirilirdi. İslam dininin İran ərazisinə daxil olması və ərəb dilinin genişləndirilməsi, eyni zamanda Ç (چ) hərfinin ərəb dilində olmaması və “S” (sin)şəklində tələffüzü “Həft Çini” sözünü “Həft Sini” sonralar isə “Həft Sin” şəklinə saldı. Beləliklə, yuxarıda qeyd etdiyimiz “Həft Sin” – ə uyğunlaşdırıldı. “Həft Çini” – də olan Ç hərfini “Çidən” (düzmək) anlamı ilə də yozulur. Xülasə, “Süfrəyə düzülmüş yeddi nəsnə” mənasındadır. Bəzi tədqiqatçılar ” Həft çiz” (Yeddi şey) olduğuna inanırlar. “Həft Qab” isə elə “Yeddi qab” deməkdir.
6) “HƏFT ŞİN” Qeyd etdiyimiz kimi “S” ilə başlayan əlamətlər əvvəlki dövrlərdə “Ş” hərfi ilə olmuşdur. Yəni, yeddi çini qabda (Həft Çin-də) yeddi “Ş” ilə başlayan nemət qoyulurdu. Bəs “Ş” niyə “S” ilə əvəz edildi?. Uzun illər sonra İslamın İrana gəlişi “Şərab” ilə (Həft Şin və Həft Çin – də olan nəsnə ) “Həft Sin”-də olan “Sirkə” ilə əvəz edildi. Bununla da bu qədim bayrama ərəb – islam komponentləri daxil oldu. Əvvəlki Həft Şin (Yeddi Ş hərfi ) ibarətdir : 1. Şəhd – شهد (bal) 2. Şərbət – شربت ( şərbət) 3. Şümşad – شمشاد (Həmişəyaşıl möhkəm ağac) 4. Şəqayeq – شقایق ( Gül adı) 5. Şə’m – شمع (Şam, mum) 6. Şi’rini – شیرینی (şirniyyat) 7. Şərab – شراب (İçki)
7) “HƏFT MİM” Tacikistan və Əfqanıstanın bəzi yerlərində, İranın Buşəhr şəhərində “Həft Mim” – م ( Yeddi M hərfi ilə başlayan nemət ) ənənəsi mövcuddur. Həft Mim (Yeddi M hərfi) ibarətdir : 1. Morğ – مرغ ( yumurta) 2. Mast – ماست (Qatıq) 3. Miyve – میوه (Meyvə) 4. Muz – موز (Banan) 5. Mahiye-sorx – ماهی سرخ (Qırmızı balıq) 6. Miyqu – میگو (Dəniz çəyirtkəsi) 7. Mosqəti – مسقطی ( halva)
8) Əbu Reyhan Əl – Biruni bu 7 nemətin varlığını əfsanəvi İran şahı Cəmşid zamanına aid edir, həmçinin o bu barədə yazır : ” Həft Sin yeddi növ taxıl məhsullarına aiddir ki, bayram ərəfəsində insanlar evin kənarında əkirlər. Məhsulun yaxşı və pis bitməsindən gələcək ilin bolluq və ya qıtlıq ili olacağına inanırdılar”
9) İbn əl-Bəlxi “Farsnamə” əsərində Yaz bayramı haqqında bildirir ki, Cəmşid yeni tikdirdiyi sarayda taxta çıxır, əyalətlərdən bütün hakimləri saraya dəvət edir.
Cəmşid onlara müraciət edir: “Bu gün Günəş ilinin başlanması günü imiş. Allahın bizə verdiyi bütün nemətlərə şükür edək və rəiyyətlə ədalətlə davranaq”. Hamı dua etdi, şadlıq oldu və bu günü bayram edərək Novruz adlandırdılar.
10) Ömər Xəyyam “Novruznamə” adlı əsərində bu bayramın tarixindən danışarkən qeyd edir: “Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. Cəmşid bu günü müəyyənləşdirdiyinə görə, onu yeni gün – Novruz adlandırıb və bayram edib”.
11).”HƏFT SİNE QURANİ” İslamın gəlişində Novruz bayramı qədim zərdüştlük dininin əlamətlərini ləğv etmək lazım gəlirdi. Bir sıra qadağalara baxmayaraq, kütləvi şəkildə keçirilən bu bayramı ləğv etmək mümkün olmadı. Əksinə, ələlxüsus şiə məzhəbli müsəlmanlar bayrama yeni inam və inanclar əlavə etdilər:
Həzrəti Əlinin taxta çıxdığı gün Qədir – Xumm hadisəsi günü (Yalnız bu uyğun gəlir) Adəm və Həvvanın yenidən qovuşduğu gün Həzrəti Əlinin doğum günü və s. 12) Mənbələrdə nəql olunur ki, dördüncü İslam xəlifəsi Əli ibn Əbu Talibin xilafət illərində ona Novruz hədiyyəsi gətirən zaman Xəlifə Əli bu hədiyyənin hansı münasibətlə verildiyini soruşanda, Novruz bayramı olduğunu söylədilər. İmam hədiyyəni qəbul edib buyurdu: “Hər günümüzü Novruz edin”. Şeyx Səduq “Mən la yəhzürühül-fəqih” (3-cü cild, səh. 300) Beyhəqi “əs-Sünənül-kübra” (9-cu cild, səh. 392) Səmani “əl-Ənsab” (3-cü cild, səh. 37) Bəzi məlumatlara görə, Xəlifə Əliyə hədiyyə gətirən adam – əslən fars mənşəli olan hənəfi məzhəbinin banisi Əbu Hənifənin babası Nöman ibn Mərziban imiş. B) Başqa bir yerdə.
Elə bir Novruz günü olmaz ki, biz həmin gün fərəc (zühur) arzusunda olmayaq. Çünki bu, bizim və tərəfdarlarımızın günüdür”. İmam Sadiq. Biharül-ənvar, 59-cu cild, səh. 92. 13)”Təhfül-Oqul” kitabında Xəlifə Əli -dən sitat gətirilir ki, “Həft Sin” – i bəzi ayinləri yerinə yetirərək üzərinə Quranın 7 ayəsini yazıb yesə həmin il xəstəlik və mərizlikdən himayə edər.
Bu ritual “Həft Sine Qurani” adlanır. ۱. سلام قول من رب رحیم ( Yəs surəsi, ayə 5) ٢.سلام علی نوح فی العالمین (Səffat surəsi, ayə 79) ٣.سلام علی ابراهیم ( Səffat surəsi, ayə 108) ۴.سلام علی موسی و هارون (Səffat surəsi 119) ۵. سلام علی آل یاسین (Səffat surəsi 129) ۶.سلام علیکم طبتم فادخلوها خالدین (Zümər surəsi, ayə 7) ٧.سلام هی حتی مطلع فجر ( Qədr surəsi, ayə 6).
Rəhim Əfəndi
Go to TOP