VƏRGƏDÜZ /YARDIMLI/ SOVET DÖVRÜNDƏ

Sahəsi 667 kvadrat kilometr idi. 1 ştq., 85 kəndi var idi. 1 kolxozu, 13 sovxozu var idi. Azərbaycan SSR-in Yardımlı rayonunun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, tütünçülük və üzümçülük əsas yer tuturdu. 3,6 min hektar əkin sahəsinin 80 %- ində dənli və dənli-paxlalı bitkilər (əsasən, buğda, arpa), 1 %- ində texniki bitkilər (tütün), 1 %- ində tərəvəz – bostan bitkiləri və kartof, 14 %- ində isə yem bitkiləri əkilirdi.

Kiçik sahədə meyvə (əsasən, tumlu), 3,2 min sahədə üzüm yetişdirilirdi. 7,7 min qaramal, 17 min davar var idi. Meşə təsərrüfatı inkişaf etmişdir. Respublika Dövlət Kənd Təsərrüfat İstehsal – Texniki Təminat Komitəsinin şöbəsi, məişət xidməti kombinatı, şərabçılıq sənayesi, istehsalat – aqrar birliyi, xalça emalatxanası var idi.

1 bağçasında 45 uşaq tərbiyə olunurdu. Ümumtəhsil məktəblərində 11171, texniki peşə məktəbində 83 şagird oxuyurdu. 52 kitabxana, 1 mədəniyyət evi, 23 klub, 21 kinoqurğu var idi. 315 çarpayılıq 8 xəstəxana müəssisəsi, 24 feldşer-mama məntəqəsi, sanitariya – epidemioloji stansiya, 51 həkim, 171 orta tibb işçisi var idi. Qəzeti: “Yeni kənd” 1936 ildən çıxırdı.

MEMARLIQ ABİDƏLƏRİ: Ərus kəndində Abazərdə türbəsi (14 əsr), Yardımlı kəndində Cüzünqala (?) mühafizə edilmişdir.

Go to TOP