Lənkəranda Qarabağ qazisi dənizdə boğularaq ölüb

Lənkəranda İkinci Qarabağ müharibəsinin iştirakçısı dənizdə boğularaq ölüb.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki,, axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində, dənizin nəzarətsiz hissəsində bir nəfərin boğulma təhlükəsi ilə üzləşməsi barədə FHN-ə məlumat daxil olub.

Nazirliyin Cənub Regional Mərkəzinin sularda xilasetmə dəstəsi əraziyə cəlb olunub.

Məlum olub ki, boğulma ehtimalı olan gənc Vətən müharibəsi qazisi Lənkəran rayonunun Cil kənd sakini, 1999-cu il təvəllüdlü Fərid Qulam oğlu Yaqubzadədir.

Görülən tədbirlər nəticəsində F.Yaqubzadə huşsuz vəziyyətdə sudan çıxarılıb. Təcili Tibbi Yardım briqadası ona ilkin tibbi yardım göstərsə də, F.Yaqubzadənin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin.

Go to TOP