Lənkəranın Yuxarı Nüvədi kəndinin sakinləri yol problemi ilə üzləşiblər

Lənkəran rayonunun Yuxarı Nüvədi kəndinin yolları keçilməz vəziyyətdədir.

TOLİSHMEDİA informasiya agentliyinin məlumatına görə, sakinlər bildirirlər ki, yollarda əmələ gələn çuxurlar səbəbindən avtomobilləri dağılır, marşrut avtobusları isə, ümumiyyətlə, bura gəlmir:

“Səhər işə, məktəbə getməkdə min əziyyət çəkirik. İctimai nəqliyyat bu yollarda işləmədiyindən çirk-palçıq içində ünvana çatırıq. Xahiş edirik aidiyyəti qurumlardan, yollarımızı təmir etsinlər”, – deyə sakinlər qeyd ediblər.

Go to TOP