Masallının bəzi ərazilərində qaz yoxdur

Masallı şəhəri və rayonun Musaküçə, Öncəqala, Hüseynhacılı, Göyəçöl, Xıl, Sərcuvar və Təzəkənd kəndlərində qazın verilişində fasilə yaranıb. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi verir.

Belə ki, Masallı qazpaylayıcı stansiyasından qidalanan diametri 315 mm olan daşıyıcı kəmərin birləşmə nöqtəsində qurulmuş qaz təzyiq tənzimləyicisində baş vermiş nasazlıq səbəbindən qazın verilişi dayandırılıb.

Sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Go to TOP