Masallıda qəza: Sürücü orta yaşlı kişini vurdu, maşını isə..

Masallıda piyada vurulmasıyla nəticələnən qəza baş verib.

TOLİSHMEDİA informasiya agentliyinin məlumatına görə, hadisə oktyabrın 31-də səhər saatlarında qeydə alınıb. Belə ki, 42-BZ-293 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil yolu keçən piyadanı vurub.

Qəza törədən sürücünün iddiasına əsasən, orta yaşlı kişi qəflətən önünə çıxıb. Nəticədə o, piyadanı vurduqdan sonra avtomobili bordürə çırpıb. Xoşbəxtlikdən vurulan şəxs ağır xəsarət almayıb.

Go to TOP