Astarada bu məktəbin şagirdləri yoldan əziyyət çəkirlər

Şəhid Şixəli Qasımov adına Astara şəhər 4 saylı tam orta məktəbinə gedən yollar keçilməz vəziyyətdədir. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi verir.

Adıçəkilən məktəbin asfaltsız yolları şagirdlərin hərəkətini çətinləşdirir. Həmçinin çala-çuxurlu olduğundan yolları yağış zamanı su basır.

“Uzun illərdir ki, uşaqlarımız məktəbə getməkdə çətinlik çəkirlər. Bəzən bu yollarla avtomobilsiz getmək mümkün olmur. Ancaq hər kəsin övladını maşınla məktəbə göndərmək imkanı yoxdur. Bu səbəbdən də uşaqlar magistral yolla məktəbə getməyə məcbur olurlar. Bu, onlar üçün təhlükəlidir və çox vaxt aparır”, – deyə sakinlərdən biri qeyd edib.

Go to TOP