Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı baş tutub

İranla Azərbaycan arasında yeni körpünün açılışı olub.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, açılış mərasimində Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri – Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş iştirak ediblər.

Astara şəhərinin Bağçasəra kəndində yerləşən sərhəd terminalının müvəqqəti keçid məntəqəsi daxili və xarici tranzit nəqliyyat vasitələri üçün nəzərdə tutulub.

Go to TOP