Cəlilabad: 55 nəfər aktiv qızılca xəstəsi müalicə alır

Cəlilabadda qızılcaya yoluxanların sayı açıqlanıb. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi verir.

Bildirilir ki, Cəlilabad rayonunda ötən ilin noyabrından bu günə qədər 252 nəfər qızılca virusuna yoluxub. Onlardan 182 nəfər 18 yaşa qədər, 70 nəfər isə 18 yaşdan yuxarı şəxslərdir.

Məlumata əsasən, hazırda 55 aktiv xəstə müalicə alır. Həmin şəxslərdən 51 nəfəri ambulator, 4-ü isə stasionar şəraitdə sağalırlar.

Go to TOP