Masallıda yanğın: xəsarət alan var

Masallı şəhərində xəsarətlə nəticələnən yanğın baş verib. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi verir.

Hər mərtəbəsi 168 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın tavanı 136 kv.m sahədə alışıb. Həmçinin yüksək temperaturdan dam örtüyünün taxta atmaları 24 kv.m sahədə qarsalanıb. Nəticədə 1 nəfər yanıq xəsarəti alıb.

Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Evin qalan hissəsi və yaxınlıqdakı ev mühafizə edilib. Alov söndürülüb.

Go to TOP