Hacı Abgül Süleymanov dünya müsəlmanlarına səsləndi: “Azərbaycanda Quran, İslam və müsəlmanlar məzlumdur”

Hacı Abgül Süleymanov – Azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai və siyasi xadimdir. “Milli Mənəvi Dəyərlər” İctimai Birliyi”nin təsisçisi və sədri dünya müsəlmanlarına müraciət edib.

TOLİSHMEDİA informasiya agentliyi onun müraciətini təqdim edir:

“Azərbaycanda ən çox müsəlmanların xüsusəndə şiə olan kəsimin hüquqları kəskin olaraq pozulur. Həqiqətən də şiələri müdafiə edən bir qurum yoxdur. Şiə ruhanilərini illərdir zindanlarda saxlamaq, aylarla karslarda çürütmək, əzab-əziyyət verməklə məşğuldurlar. Bir-iki nəfəri çıxmaqla heç kəsi bu məsələlər düşündürmür. Doğurdan da Azərbaycanda Quran, İslam və müsəlmanlar məzlumdur. Onlarla maraqlanan yoxdur. Onların haqları, hüquqları kobud şəkildə pozulur. Biz dünya müsəlmanlarına səslənib deyirik ki, Fələstinə etdiyiniz dəstəkdən Azərbaycana da edin, burada İsrailin tapdağı altındadır”.

Go to TOP