Cəlilabadda polislə sakinlər arasında atışma olub. Yardımlı rayon sakini tutulub

TolışMedia informasiya agentliyi  xəbər verir ki, may ayının 13-də Cəlilabadda polislə sakinlər arasında atışma olub.  TolışMedia-nın bölgə müxbirinin verdiyi xəbərə əsasən, hadisə rayonun Xanəgah kəndində qeydə alınıb.

Məlumata görə, polis əməkdaşları Xanəgah kəndində yaşayan şəxslərin olduğu “Hundai” markalı avtomobili saxlayıb.

Saxlanılarkən maşının sürücüsü tabesizlik göstərərək polisin xidməti BMW markalı avtomobilinin güzgüsünü sındırıb. Bu zaman polis əməkdaşları havaya xəbərdarlıq atəşi açıb. Nəticədə avtomobil saxlanılıb və orada olan Şərur rayon sakini Mirkərim Seyidov, Yardımlı rayon sakini Tərlan Behbudov, Şəmkir rayon sakini Rəşad Sadıqov və Bakı şəhər sakini Anar Məmmədov tutulub.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP