ABŞ Konqresi Əli Nağıyev və Samir Nuriyev də daxil olmaqla 40 azərbaycanlı məmura sanksiya tətbiq edə bilər

Bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə Turan İnformasiya Agentliyinin Vaşinqtondakı müxbiri Alex Raufoğluna Konqresdəki mənbələrdən məlumat verilib.

Qanun layihəsinə görə “Azərbaycanda qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan” 40-dan çox Azərbaycan məmuruna qarşı sanksiyalar nəzərdə tutulur.

Onların arasında DTX, DİN, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti, Prezident Administrasiyası və Müdafiə Nazirliyinin rəhbərliklərində olan rəsmilər var.

Alex Raufoğlu X sosial şəbəkəsindəki paylaşımında həmin məmurların siyahısını paylaşıb.

Onların arasında:

  • DTX rəisi Əli Nağıyev
  • Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev
  • Quru Qoşunlarının komandanı Hikmət Mirzəyev
  • Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov
  • Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri və digər rəsmilər var

İndi nə olacaq: Qanun layihəsində ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində Bayden Administrasiyasına 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq.

Qanun layihəsində baş nə var: Layihədə həmçinin erməni əsirlərin hüquqlarının pozulması barədə bəndlər də var. “Bu, Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi və ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur” – sənəddə deyilir.

 

Go to TOP