Masallıda məktəb binası qəzalı vəziyyətdədir

Masallı rayonu Ərkivan qəsəbəsinin 1 saylı tam orta məktəbi qəzalı vəziyyətdədir.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, şagirdlərin və valideynlərin sözlərinə görə, 40 ilə yaxındır tikilən məktəb bu günə kimi heç vaxt təmir edilməyib.

“Məktəbin istismar müddəti artıq başa çatıb. Vaxtı ilə geniş fəaliyyəti olan məktəbdə siniflər odun sobası ilə qızdırılır. Döşəmə yoxdur, tavan çökmüş vəziyyətdədir. Yağış yağan kimi sinif otaqlarına su damır. Qapı-pəncərələr, divar sökülüb. Uşaqlar təhlükəli vəziyyətdə təhsil alırlar, hər an ciddi təhlükə ilə üzləşə bilərlər”,- deyə sakinlər bildirirlər.

Məktəbin direktoru qeyd edib: “ Ən təhlükəli odur ki, tavandan hissələr parça-parça qopub düşür. Belə ki, bir dəfə bir uşağın qolu sınmışdı.”

Qeyd edək ki, məktəb 1981-ci ildə tikilərək istifadəyə verilib. Hazırda məktəbdə 23 sinif komplektində 513 şagird təhsil alır və 46 müəllim çalışır.

Go to TOP