Ermәnistanda Talış konfransının keçirilmәsi İlham Әliyevi narahat edib. Trolları işә salıb.

“Ermәnistanda Talış konfransının keçirilmәsi İlham Әliyevi yaman narahat edib. Məhz buna görә də trolları işә salıb. Bizim keçәn ildәn xәbәrimiz var, Azәrbaycan dövlәti 2018-ci ildә talış hәrәkatının çox güclәndiyini görüb, bunun qarşısını almaq üçün çox böyük maliyyә ayırıb.”

TolishMedia informasiya agentliyi xəbər verir ki, bü sözləri Rosta Merd adlı talış istifədəçi “Facebook” sosial şəbəkəsinin öz səhifəsində yazıb.

Statusun mətnini sizə təqdim edirik.

Bir neçә gün qabaq İrәvanda III Beynәyxalq Talışşünaslıq Konfransı keçirilib. Konfransin işindә bir neçә ölkәdәn gәlmiş mütәxәssislәr iştirak edib. Konfransda әsasәn talış dili, mәdәniyyәti vә әdәbiyyatı ilә bağlı mәsәlәlәr müzakirә edilib.

İlk baxışdan bütün talışların bu hadisәyә sevinәcәyini düşünmәk olardı. Amma yox..

Belә görünür ki, Ermәnistanda Talış konfransının keçirilmәsi İlham Әliyevi yaman narahat edib. Məhz buna görә də trolları işә salıb. Bizim keçәn ildәn xәbәrimiz var, Azәrbaycan dövlәti 2018-ci ildә talış hәrәkatının çox güclәndiyini görüb, bunun qarşısını almaq üçün çox böyük maliyyә ayırıb. Әgәr İlham Әliyev talışları susdurmaq üçün xәrclәdiyi pulları onların problemlәrinin hәllinә yönәltsәydi, inanın ki, talışların simasında çox güclü arxa vә dayaq tapardı. Amma yox, çünki pantürkist ideologiyasına görә talışlar da tatlar kimi assimilyasiya edilmәli vә Azәrbaycanda monoetnik dövlәt yaradılmalıdır. Vә hәrәkatın qarşısını almaq üçün dә talışların özlәrindәn istifadә etmәyi qәrara alıb. Son iki gündә Feysbukda talışlrın adından İrәvanda keçirilәn konfransda iştirak edәnlәrә qarşı qara piar aparılır. Bu statusları yazanları guya talışın taleyi narahat edir. Onlara bir neçә sual vermәk istәyirәm:

Sizә bu statusu yazdıranlara niyә sual vermirsiz ki, talış konfransı nә üçün Bakıda deyil, İrәvanda keçirilir? Talış dilini akademik sәviyyәdә nә üçün Bakıda deyil, İrәvanda öyrәdirlәr? Talış TV nә üçün Bakıda deyil, İrәvanda açılıb? Talışda ibtidai siniflәrdә guya öyrәdilәn talış dilini tәdris edәn müәllimlәr hansı ali mәktәblәrdә hazırlanıb? Yoxsa onları Ermәnistana göndәrib hazırlayırlar? Çünki Bakıda mövcud olan 5-6 dil universitetinin heç birindә talış kafedrası yoxdur. Bir dә, soruşun talışların sizә nә pisliyi olub ki, parlament sәviyyәsindә adına qadağa qoymusuz? Nә üçün Aran, Muğan, Şirvan, Qarabağ, Gәncәbasar olar, amma Talış olmaz, adını dәyişib Cәnub qoymusuz? Mәgәr Talış Azәrbaycanın cәnubunda yerlәşir? Nә üçün Azәrbaycanda talış dilindә heç nә yoxdur?

Bir dә, әgәr Ermәnistana getmәk, ermәnilәrlә münasibәtdә olmaq xainlikdirsә, nә üçün Azәrbaycandan Ermәnistana dövlәt sәviyyәsindә sәfәrlәr tәşkil olunur, jurnalistlәr gedir, hәr hәftә ermәnilәr Bakıdadırlar? Bakıda yeyib-içib televiziyaya müsahibә verәrәk deyirlәr, burda özlәrini öz evlәrindәki kimi hiss edirlәr. Dövlәtin rәhbәrlәri dönә-dönә elan edirlәr ki, ermәni bizim düşmәnimiz deyil.

Mehriban Әliyeva deyir ki, bir vaxtlar ermәni vә türklәr bir masa arxasında oturub çaxır içәrdilәr, biz әlimizdәn gәlәn hәr şeyi edәcәyik ki, o zaman yenә qayıtsın. Yoxsa siz Roma papasından artıq kotolik olmaq fikrinә düşmüsüz?

Nә üçün talışın cavanları ancaq Qarabağda ölmәk lazım olanda yada düşürlәr vә qardaş olurlar, öz haqlarını dilә gәtirәn kimi separatçı vә ermәnipәrәst damğası ilә üz-üzə gәlirlәr? Azәrbaycan dövlәti ermәnilәrә yalvara-yalvara tәklif etdiyi geniş muxtariyyәtin onda birini talışlar istәyәndә iki barmağının arasını göstәrirlәr?

Әgәr bacarırsız, bu suallara cavab alın. Bacarmırsızsa, özünüzü yandırmayın. Onsuz da talışın tarixindә Zabilin adı qalacaq, ona düşmәn deyәnlәrin hamısını tarıx zibilliyә atacaq.

P.S. Türklәrin hamısının özünә lider hesab etdiklәri tat Rәsulzadәnin tarixin iki әn qatı canisi olan Stalin vә Hitlerlә çox yaxın münasibәti olub. Stalin onu Finlandiyaya müalicәyә göndәrәrәk, ordan da xaricә qaçmasına yardırm etmişdi. Hitler ilә müqavilә bağlayan Rәsulzadә alman faşist ordusunun tәrkibindә Azәrbaycan legionu yaratmışdı vә Sovet dövlәtinә qarşı döyüşürdü. Bu isә Moskvada azərbaycanlılara etimadın aradan getmәsinә sәbәb oldu vә Beriya ilә Mikoyana imkan verdi ki, Azәrbaycan әhalisini çeçenlәr kimi Qazaxıstana sürgün etdirsinlәr. Bağırovun Stalinin qarşısında şәxsi cavabdehlik götürmәsi vә 416-cı diviziyanı yaratması Azәrbaycanı xilas etdi.

Bu sözü türklәrә deyәndә, deyirlәr Rәsulzadә öz xalqı üçün çalışıb, kiminlә әmәkdaşlıq etmәsi mühüm deyil.

Siz isә ortaya düşüb türkün dalına girirsiz. Mәnim ermәnilәrdәn potoloji zәhlәm gedir, onlara yalançı vә hiylәgәr millәt kimi baxıram. Amma yadınızda saxlayın, ermәninin talış adında düşmәni yoxdur, türkün isә türkdәn başqa dostu!

Papağınızı qabağınıza qoyub, yaxşı fikirlәşin!

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP