Tat Assimilasiyasının qarşısının alınması öz əllərimizdədir

Proqramı hazırlamışam və sizlərin hüzurunda təqdim edirəm əziz soydaşlarım. Hər bir Tat bunu oxumalıdır. Əgər əməl edən olsa, qətiyyət göstərən olsa bundan sonraki həyatımız tamam fərqli olacaq. Fərqlənəcəyik. Adlarımız ilə soyadlarımız ilə yaşam tərzimiz ilə fərqlənəcəyik..․

1 – Soyadlar > Soyad sonluqları hər biri Zadə ilə əvəz olunmalıdır. Slavların ov, yev, ovic, və türklərin li, lu, soy, oglu kimi soy isim sonluqları qətiyyən istifadə edilməməlidir. Əgər sizin soyisim soyluğunuz belədirsə, o zaman rayon VVAQ’na gedərək, Zadə ilə əvəzləyin. Yox əgər bunu müəyyən səbəblərə görə etmək istəmirsinizsə o zaman yeni dogulan körpənizi metirkada familyasını Zadə soyisim sonluğu ilə yazdırın. Misalüçün soyadınız Məmmədov gedirsə, övladınızı metirkada Məmmədzadə yazdırın və beləcə bundan sonra ki, nəsil zadə soyisim sonluğu ilə tanınacaq.

2 – Adlar > Övladlarınıza, dini adlar verməyin. Hətta dindar olsanız belə bunu etməyin. Bəzi ailələr düşünür ki, övladına dini ad verməklə övladı xeyirli övlad olacaq. Xeyir bu belə deyil. Övladın xeyirli övlad olub olmayacağı sizin onu necə böyüdəcəyinizdən və verəcəyiniz tərbiyyədən asılıdır. Dini adlar belə olsa, bu adlar əslində ərəb adlarıdır: Ömər, Məhəmməd, Yusif, Əli, Fatimə, Zəhra və s. Dininiz sizin şəxsi inancınızdır hörmət edirik ama övladınıza Tat (Pars) adı qoyaraqda o dini yaşamağınz mümkündür.

3 – Dil > Tat dilini bilirsinizsə mütləq şəkildə övladınızada öyrətməlisiniz. Unutmayın Tat dili, sizin Tat olduğunuza dair passportunuzdur. Çox gözəl bir söz var, əgər bir dil yaşayırsa millətdə yaşayır. Gəlin dilimizi yaşadaq ki, millətimizdə yaşasın.

4 – Yaşam tərzi > Adət və ənənələr vacibdir. Toylara vəya məclislərə gedərkən modern dövrə uyğun Tat milli geyimləriylə geyib gedə bilərsiniz. Sizin kənardan başqalarının gözündə necə görsənməyiniz vəya başqalarının sizin haqqında nə düşündükləri elədə vacib deyil. Vacib olan, sizin özünüzü necə hiss etməyiniz və yaşam tərzinizdir. Ləzgi rəqsi Ləzginkadan istifadə etməyin. Toylarda Tat mahnıları çalınsın, Tat rəqsləri oynayın. Toyların Tat abu havasında keçməsinə səy göstərin.

5 – Tat olduğunuz barədə heçkimdən çəkinmədən həryerdə danışmalısınız. Qohumlarınız, qonşularınız, sinif yoldaşlarınız, sevdiğiniz insan, iş yoldaşlarınız hərkəs bunu bilməlidir. Əgər Tat olduğunuz üçün sizə qarşı soyuq rəftar olacaqsa, vəya sizi qəbul etməyəcəklərsə qoy qəbul etməsinlər. Dünya tək o insanlardan ibarət deyil. Sizi Tat kimi sevib və qəbul edən insanlarla birgə olun. Bu yazdıqlarıma əməl olunsa Tat assimilasiyası aradan qalxar və bu dediklərim həyata keçsə Tatları assimilasiya etmək mümkün olmaz.

Həşim Azəri

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP