Azərbaycan reallıqı silsiləsindən – 3

Şəkildə gördüyünüz Gəncə məhbusu Vüqar Xudiyevin körpə balası və qaynanasıdır. Mingəçevirdən Bakıya qucağında bu körpə uşaq, əllərində ağır zənbillərlə gələn ana qızı və nəvəsi ilə səhər saat 6-dan Bakı Apellyasiya Məhkəməsinin qarşısında dayanıb prosessin başlamasını gözləyib.

Vüqar Xudiyevin ata -anası yoxdur. Uşaqlıqdan bu günə kimi ruhi əsəb dispanserində qeydiyyatda olub. Ruhi xəstədi. İkinci qrup əlildir. Ailə Mingəçevirdə kirayədə yaşayır.

Vüqar Xudiyev Sabunçu rayon məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə 7 il müddətinə azadlıqdan məhrum edilib.

P.S. Bakı Apellyasiya məhkəməsində keçirilən prosesdə Vüqar Xudiyevin hüquqlarını vəkil Zibeyde Zekeriyyeyeva təmənnasız müdafiə etdi.

TolishMedia

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP