Cavanşir Paşazadə: “Azərbaycan Talışlarının İctimai Şurasının yaradılması yersiz və təxribat xarakterli bir təşəbbüsdür”

“Bəzi satqın talışlar xaricdə oturub Azərbaycan Talışlarının İctimai Şurası yaradıblar. Bu Azərbaycanda öz mənfur istəklərini həyata keçirmək istəyənlərin təşəbbüsüdür. Azərbaycan Talışlarının İctimai Şurasının yaradılması yersiz bir təşəbbüsdür. Mən bu şuraya hansısa qiymət vermirəm və qəbul etmirəm.”

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respubilkasının V çağırış parlamentinin Lənkəran bölgəsindən seçilən deputatı Cavanşir Paşazadə bildirib.

Deputatın sözlərinə  görə, separatçı təşkilat rəhbəri Fəxrəddin Abbaszadə həbs edildikdən sonra bir neçə dəfə belə cəhdlər olub.

“Ondan əvvəl də şuranın üzvləri Azərbaycandan kənardan öz fikirlərini irəli sürərək, belə təşəbbüslərlə çıxış edirdilər. Mənim fikrimcə, xalqımızla qaynayıb-qarışmış talışlar belə qurumun yaradılmasının tərəfdarı deyillər. Talışlar bir xalq, bölgə kimi Azərbaycandan ayrı deyil”, – deyə Cavanşir Paşazadə bəyan edib.

C.Paşazadənin sözlərinə görə, o şuranın, üzvlərinin irəli sürdüyü fikirlər bölücülük, təxribat xarakterlidir:

“Bunlar xaricdə oturub Azərbaycanda öz mənfur istəklərini həyata keçirmək istəyənlərin təşəbbüsüdür. Bu da yersiz bir təşəbbsdür. Mən bu şuraya hansısa qiymət vermirəm və qəbul etmirəm”.

Qeyd edək ki, Yerevanda keçirilmiş konfransın ikinci günü dekabr 7-də Bakıda Azərbaycan Talışlarının İctimai Şurası yaradılıb. Şurasının birinci bəyənatında bildirilib ki, talışlar bir xalq olaraq hökumətin lazımi diqqət və qayğısından kənarda qalıb.

“Talış dilinin tədrisi, bu dil üzrə mütəxəsislərin hazırlanması, talış dilində radio və televiziya verlişlərinin təşkili, talış dilində mətbuatın dövlət büdcəsi hesabına maliyyələşməsi ilə bağlı, hökumətimizə etdiyimiz bütün müraciətlər cavabsız qalıb”.

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP