ATİŞ Mətbuat xidməti bu gün məlumat yayıb

TolishMedia informasiya agentliyi xəbər verir ki, 29 yanvar 2020-ci il tarixdə Bakı şəhərində Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ) növbəti iclası keçirilib.

İclasda (sədr: Hüseynağa Heydərov; katib: Könül Rəsulova) təşkilati məsələyə baxılmış və bu yöndə üç əsas məsələ müzakirə edilmişdir:
1) Azərbaycan Talışların İctimai Şurasının həmsədrlərin seçilməsi;
2) Azərbaycan Talışların İctimai Şurasının İdarə Heyətinin seçilməsi;
3) Azərbaycan Talışların İctimai Şurasının Nəzarət Təftiş Komissiyasının seçilməsi.
Birinci məsələ ilə bağlı ATİŞ üzvləri Mehdi Baxşıyev və Hüseynağa Heydərov çıxış edərək, ATİŞ-in 5 üzvünün – Hilal Məmmədov, Ataxan Əbilov, Oqtay Əsgərov, Mehdibəy Səfərov və Könül Rəsulovanın həmsədrliyə namizədliyi irəli sürmüşlər. Oqtay Əsgərov və Könül Rəsulova öz namizədlilkərini geri götürmüş, ümumi rəylə aşağıdakı qərar qəbul olunmuşdur:
1. Azərbaycan Talışların ictimai Şurasının 3 üzvü (həm də həmtəsisçiləri) – Hilal Məmmədov, Ataxan Əbilov, Mehdibəy Səfərov 2 il müddətinə həmsədrlər seçilsin.
Daha sonra Azərbaycan Talışların İctimai Şurasının İdarə Heyətinin seçilməsi ilə bağlı (məruzəçilər: Əlimardan Şükürov, Ataxan Əbilov, Mehdibəy Səfərov) məsələ müzakirə edilmişdir.
Məruzəçilər tərəfindən ATİŞ İH-nə üzvlüyə (həmsədrlərlə birgə) aşağıdakı şəxslər təqdim olunmuş və yekdil rəylə onlar (əlifba sırasıla) İH-nə seçilmişlər:
1. Ataxan Əbilov
2. Cabbar Əliyev
3. Əli Ağayev
4. Əlimərdan Şükürov
5. Hilal Məmmədov
6. Hüseynağa Heydərov
7. Könül Rəsulova
8. Mehdi Baxşıyev
9. Mehdibəy Səfərov
10. Mikayıl Hacıyev
11. Mirfəyaz Vahabov
12. Oqtay Əsgərov
13. Tahir Hüseynov

İclasda həmçinin ATİŞ-in 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası (NTK) seçilmişdir. Leyla Böncü Nəzarət Təftiş Komissiyasının sədri seçilmişdir.

Bilidirilib ki, ATİŞ öz fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq strukturların formalaşdırmasını davam etdirir.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP