Qarbağ uğrunda müharibə edənlər

Srağagecә Bakıda vә müxtәlif rayonlarda koronovirusla bağlı karantin rejimi olmasına vә kütlәvi tәdbirlәrin keçirilmәsi qadağan edilmәsinә baxmayaraq, xeyli sayda insan küçәlәrә axışaraq “Qarabağ” şüarları ilә yürüş keçirtdi. Biz hamımız bilirik ki, adi halda hakimiyyәt 100 nәfәrin bir yerә toplaşmasına icazә vermir vә amansızcasına dağıdır. Amma on minlәrlә insanın mövcud olan karantin qaydalarını pozaraq küçәlәrә axışmasına vә hәtta Milli Mәclisin binasına daxil olmasına loyal münasibәt bәslәyәn hakimiyyәtin mütlәq bir planı var idi. Vә bu plan özünü dәrhal göstәrdi. Hәlә yürüş vaxtı biz bu haqda yazmışdıq. Bu yürüş icazәli “vәtәnpәrvәlik” şousudur. Bunun arxasında plan var.

Müdafiә Nazirliyinin Milli Mәclisin qarşısına gәlәn nümayәndәsi yürüşçülәrә xitab edәrәk, könüllü cәbhәyә getmәk istәyınlәrin öz rayonlarının hәrbi komissarlığına әrizә ilә müraciәt etmәlәrini xahiş etdi. Vә ardıyca, dünәn prezident keçirtdiyi müşavirәdә cәmi 150 nәfәrin könüllü olaraq cәbhәyә getmәk üçün müraciәt etdiyini bәyan etdi.
Prezidentin bu bәyanatını paylaşmışdım. Rәy yazanların bir hissәsi bildirirlәr ki, prezident yalan deyir. İddia olundu ki, müraciәt edәnlәrin әrizәlәrini qәbul etmirlәr. Olsun, lap siz deyәndir. Amma kimsә çıxıb real olan faktları ortaya qoyub prezidentin yalan danışdığını sübut etmir.

Burda mәni bir mәsәlә çox maraqlandırır. Mәn çox istәrdim ki, gecә küçәyә çıxanların әlli faizi öz sözünün üstündә dayanıb sübut etsinlәr ki, Qarabağa döyüşә getmәyә hazırdırlar. Әvәllәr iddia olunurdu ki, dövlәt icazә vermir. Amma indi bu bәhanә yoxdur. Prezident rәsmәn elan edib ki, cәbhәyә getmәk istәyәnlәr әrizә ilә müraciәt etsinlәr. Lap iddia edildiyi kimi, hәrbi komissarlıqlar müraciәt edәnlәri qeydiyyata almasalar belә, bunun hәlli yolları var. Özü dә çox asan…

Bir neçә gün qabaq keçmiş deputat vә partiya sәdri İqbal Ağazadә prezidentә müraciәt edәrәk cәbhәyә getmәyә hazır olduğunu bәyan etmişdi. Nә gözәl imkan! Әgәr İqbal Ağazadә bәyanatında sәmimidirsә, partiyasının qәrargahını könüllülәrin qeydiyyat mәrkәzinә çevirir. Hәr rayonda bir şöbә yaradılır, könüllülәrin әrizәlәri qәbul edilәrәk mәrkәzi ofisә ötürülür. Mәrkәzi ofisdә bütün rayonlar üzrә әrizәlәr qeydiyyatdan keçirilir vә mütәşәkkül qaydada Hәrbi Komissarlığa tәhvil verilir. Onda görüm, kim könüllülәrin әrizәlәrini qәbul etmәkdәn imtina edir!

10-15 gündәn sonra İqbal Ağazadә prezidentә müraciәt edәrk, mәsәlәn, deyәk ki, 20 min könüllü ilә müharibәyә getmәyә hazır olduğunu elan edir vә prezidentdәn könüllülәrin cәbhәyә getmәk üçün hazırlaşdırılmasının tәmin edilmәsini tәlәb edir.

Görürsüz, әgәr doğrudan da insanlar öz niyyәtlәrindә sәnimidirlәrsә, hәr şeyin bir hәlli yolu var. Ümid edirәm ki, Qarabağ uğrunda döyüşmәyә hazır olduqlarını bәyan edәnlәr mәhz sәmimidirlәr!

Rost Merd

Go to TOP