Əziz talışlar!

Əslən Talış olan Mübariz İbrahimov Azərbaycan uğrunda həlak olub. Amma pantürkçülər onun şəklini profilə qoyub digər tərəfdən də deyirlər ki, gəlin Türkiyə ordusunu yeridək Talışıstana və talışları birdəfəmlik qıraq. Bu pantürkizm siyasətinin talışları necə istismar etməsinin əsl sübutudur. Talışların bir hissəsini cəbhədə qırğına verirlər, sonra həmin talışların şəkillərindən istifadə edib Türkiyə ordusunu talışlara qarşı soyqırımı etməyə səsləyirlər.

Bunu 10-15 nəfər like etsəydi reaksiya verməzdik. Amma bu düşüncə kütləvidir. Təbii ki, Rusiya, İran, Çin kimi ölkələr buna imkan verməyəcək. Amma biz taleyimizi nəyə görə digərlərindən asılı etməliyik? Talışlar başa düşməlidirlər ki, onlar Azərbaycandakı pantürkizmə qarşı təşkilatlanıb özlərini müdafiə etməsələr sabah istənilən fürsətdə pantürkçülər onlara qarşı soyqırım həyata keçirəcək.

Biz talışları hansısa pis hərəkətə yox, onlara qarşı təşkilatlanmış və Türkiyədən idarə edilən faşist pantürkizmə qarşı çıxmağa çağırırıq! Özümüzü sivil yollarla müdafiə etməyin vaxtı çoxdan yetişib!

Bıji Tolışon!

Bıji Tolışston!

Go to TOP