Qarabağ kimindir?

İlham Əliyev özünün 20 noyabr çıxışında belə bir gurultulu ifadə işlətdi: “vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o çümlədən erməni xalqı”. O bundan əvvəl də, Müharibə günlərində İtaliyanın Rai-1 telekanalına müsahibəsində etiraf etdi ki, “Azərbaycan çoxmillətli dövlətdir”. Yeri var deyim, o bu etirafı nəinki prezidentliyinin bütün 17 ilində, cürətlə demək olar ki, hətta bütün ömrü boyi ilk dəfə idi dilinə gətirirdi.

Atası, “ulu öndər” də bu faktın üstündən həmişə sükütla keçərdi. Yoxsa, özünün yazdırdığı konstitusiyada Azərbaycanın çoxmillətli dövlət olması faktını təsbit edib, idarəetmədə onların nümayəndələrinin iştirakını təmin edərdi, bu xalqların kompakt yaşadığı rayonlarda bütün irili-xırdalı vəzifələrə öz tayfasına mənsub dələduz adamları təyin etməzdi. Elə İ. Əliyev özü də hazırda etiraf etmək məcburiyyətində qaldığı bu faktı, öz ailəsi mənafeyinə ulu öndərin Konstitusiyasını 2 dəfə dəyişdirdiyi vaxt bu xalqların mövcudluğunu təsbit edən bir maddə əlavə etmək eşqinə bulunardı. Tam aşkardır ki, Əliyevin bu etirafı Qarabağ ermənilərinin apardığı milli azadlıq mübarizəsinin bəhrəsidir. Bir azərbaycan xalq məsəlində deyildiyi kimi , onların sağ əli azərbaycan xalqlarının başına.

O ki, qaldı onun “vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar o çümlədən erməni xalqının bərabər hüquqlara malik olması” fikrinə, burada Əliyev öz köhnə vərdişinə uyğun olaraq yalan danışır, qazandığı “mister feyk” adına sadiq olduğunu göstərir. Əvvəla, erməni xalıqnın Azəebaycanda hansı hüquqlara malik olması onun Macarıstana erməni zabitini öldürmək üçün əlinə balta verib göndərdiyi öz həmtayfasından olan bir pitekantropu milli qəhrəman səviyyəsinə qaldırdığı vaxt bütün dünyaya bəyan oldu. Yeri gəlmişkən bu vəhşinin sentyabr müharibəsində 1993-cü ildə qoyub qaçdığı Kəlbəcəri uğrunda döyüşüb necə qəhrəman olduğunu göstərmək imkanı var idi. Amma azərbaycanlıların milli iftixarı olan bu zabit arvadının tumanı arxasında gizlənib cəbhəyə getmədi.

Ölkədə yaşayan qeyri-türk xalqların da tamamən hüquqsuz vəziyyətdə olması onların, Azərbaycanda yaşayan mesxet türkləri və tatarlardan fərqli olaraq, ictimai təşkilatlarının qeydə alınmaması, “Türksoy” fondunun türk xalqlarının mədəniyyətinə 100 milyonlar ayırdığı (məsələn, qaqauzların problemlərinə İ .Əliyevin hökumranlığı illərində 150 milyon manat vəsait xərclənib) halda, qeyri-türk xalqların – talış, ləzgi, avar, tat ziyalıları daima təzyiq və təhdidlə üzləşirlər. Talış alimləri Novruzəli Məmmədov və Fəxrəddin Abbaszօdənin həbsxanada öldürülməsi İlham Əliyevin idarə etdiyi rejimdə “bütün xalqlar bərabər hüquqlara malikdir” fikrinin nə qədər saxta olmasını bir daha sübut etdi.

Azərbaycandakı digər xalqlardan fərqli olaraq Qarabağın erməni xalqı türk faşizminə qarşı müqavimət göstərərək öz müstəqil dövlətini qurdu , artıq 30 ildir ki azad yaşayır. Bu dövrdə Azərbaycan tərəfi türk faşist ideologiyasına müvafiq apardığı təbliğatda onların bu hüququnu danıb, İ.Əliyevin də təsdiq etdiyi kimi deyirdi ki, Qarabağ tarix boyu guya Azərbaycan torpağı olub, ermənilər oraya 200 il əvvəl Rusiya tərəfindən köçürülüb.

Bu yalanı ifşa etmək üçün gəlin uzağa getməyək, son 500 ilin tarixinə nəzər salaq. O vaxtlar Səfəvilər sülaləsinin hakimiyyətdə olduğu İran dövlətinin sərhədi şimalda ta Dərbəndə qədər uzanırdı. Azərbaycan adında dövlət mövçud deyildi. İranın Arazdan şimalda olan vilayətləri Aran, Şirvan, Muğan, Talışıstan, və Qarabağ adlanırdı. Qarabağda yaşayan ermənilər 5 məliklik təşkil edirdilər. Məlikliyin mənası o idi ki, onlar yerli əmirlərə yox, birbaşa şahənşaha tabe idilər. Müasir dildə desək muxtariyyət statusuna malik idilər. Sonra Səfəvilər süqut etdi, Nadir şah qısa müddətlik hakimiyyəti dövründə Qarabağda olan tərəkəmə tayfalarını başda Pənahəli xan olmaqla köcüb gəldikləri Türkmənistana geri qaytardı.

Rusiya –İran müharibələrindən sonra Qarabağ 100 ildən çox Rusiyanın tərkibində olub. Rusiya İmperiyası 1917-ci ildə tarixə qovuşdu. Tarixdə ilk dəfə olaraq Azərbaycan adlı bir dövlət Şərqi Zaqafqaziyada meydana gəldi. Bu dövlət Qarabağa iddialı idi, Ermənistan dövləti ilə müharibə vəziyyətində idi. Mövcud olduğu 23 aylıq müddətdə sərhədləri müəyyənləşmədi və Millətlər Liqası tərəfindən tanınmadı. Sovet hakimiyyəti dövründə Qarabağ muxtariyyət statusu ilə Az. SSR tərkibində qaldı. SSRİ dağıldığı andan öz müstəqilliyini elan edib. Yəni Azərbaycan, SSRİ-nin tərkibindən cıxıb öz müstəqilliyini elan etməmişdən qabaq Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibindən çıxıb öz müstəqilliyini bəyan etdi.

Həmin vaxtdan keçən sülh dövründə Qarabağ Respublikası əhalisi dinc əməyi sayəsində çox nailiyyətlər əldə etdi. 27 sentyabrda Azərbaycan və Türkiyə hərbi hissələri Suruya, Pakistan terror dəstələrinin iştirakı ilə Qarabağı zorla Azərbaycanın tərkibinə qatmağa cəhd etdilər. Rusiya sülhməramlılarının araya girib tərəfləri , müəyyən mənada , qeyri-rəsmi dillə desək sülhə məcbur etməsi, İ. Əliyevin başladığı bu fitnənin qarşısını aldı.

Hazırda Qarabağ Respublikası Rusiya hərbi qüvvələrinin nəzarət etdiyi bir anklavdır. Onun əhalisi Putinin göstərişi ilə 1 il müddərinə bütün xərclərdən azad ediliblər. Orada humanitar yardım məqsədi ilə 5 mərkəz yaradılıb. Müharibə nəticəsində dağılmış binaların təmirinə başlanılıb. Noyabrın 25-də Fransa parlamenti Dağlıq Qarabağın müstəqilliyini tanımaq haqqında qətnaməni müzakirə edəcək.

Belə bir sual hazırda gündəmi zəbt edib və həllini gözləyir: Qarabağ kimindir?

Tofiq Xəlilov

 

 

 

 

 

 

 

 

 

Go to TOP