Qarabağ bə Suriya türkmənləri

Bir neçə gündür ki, xəbərlərdə Azərbaycan Respublikası və Türkiyənin Qarabağda Suriyadan olan cihadçı türkmanları yerləşdirməsi xəbərlərini oxuyuram.

Türkmanlar harada yaşayır? Suriyanın şimalında, yəni Türkiyə ilə sərhəddə. Həmin ərazilərdə kürdlər də yaşayır həm də, hansı ki, Türkiyə o ərazilərə nəzarət edir hazırda. Artıq o yerlərdə PTT, Türkiyəyə tabe olan administrasiya və s. qurulur. Kürdlərin orada olmasını isə Türkiyə istəmir, o ərazilərə özünə loyal olacaq əhalinin yerləşməsində maraqlıdır. Bu kimlərdir? İlk növbədə həm dini, həm milli, həm dil yaxınlığı/eyniliyi olan türkmanlar, daha sonra ərəblər. Kürdlər isə heç bir baxımdan sərf etmir. Türkmanların sayına baxsaq, çox da böyük əhali olmadığını görə bilərik, ərəblər isə ora köçməyə maraqlı deyil (kim İstanbulu, Ankaranı qoyub ora köçər ki?!). Belə olan halda, türkmanlar ora necə köçürülə bilər? Yəni Türkiyə öz sərhədlərində və öz dövlət təhlükəsizliyi üçün zəruri əhalini Azərbaycan Respublikasına köçürəcək?

İkinci məsələ. Qarabağ əhalisi ən azından ora gəzməyə, yayda dincəlməyə gedəcək (hələ geri qalan hissədə yaşayan əhalinin turlar edəcəyi bir tərəfə). Sizcə bu ortaya çıxıb, əks-səda doğurmaz? Hansısa axmaq yığının gah baş kəsmək, gah qəbir dağıtmaq videoları belə anındaca aləmə yayılırsa, bu necə olacaq bəs? Onsuz da gərgin olan vəziyyətdə, çaxnaşma düşməsi üçün əsas olmazmı bu? Başa düşürəm, Əliyevə daha çox sərf edən budur ki, iqtidardan gedəcəyi təqdirdə Azərbaycan Respublikasının süqutudur, ölkə olmayacaqsa, mühakimə və pulların haqq hesabını soruşan da olmayacaq (Qorbaçov və ya keçmiş Sovet iqtidarından, yaxud ki Miloşeviçdən əvvəlki Yugoslavia iqtidarından kimsə haqq hesab sordumu?). İqtidarın özünə loyal birisinə təhvili isə etibarlı deyil, hər an hər şey dəyişə bilər, üstəlik belə bir qüvvə yeganə ReAldır, o da etibarlı deyil, təkbaşına güclü iqtidar ola bilməyəcək. Məntiqlisi Əliyev yoxdursa, Azərbaycan Respublikası yoxdur formuludur onlar üçün. Ancaq hazırda bu təhlükə yoxdur Əliyevə, ən azından yaxın illərdə. Şayəd əyər o prezident olmaqdan bezməyibsə, iki kəlmə soxub getmək istəmirsə, bu cür oyuna getməsi məntiqsizdir.

Anlayacağınız, ya belə bir şey yoxdur ya da varsa da, bu xəbər o qədər təhrif olunub ki, həqiqətin h hərfi belə görükmür.

Nicat İmran

Go to TOP