İRANI SOVET MÜƏYYƏN DƏRƏCƏDƏ XİLAS ETMİŞDİ-ƏNZƏLİ ƏMƏLİYYATI.

Ənzəlidə gizlənmiş ingilis müdaxiləçilərini və ağqvardiyaçıları darmadağın etmək və Vətəndaş müharibəsi (1918 – 1920) zamanı onların ələ keçirdiyi gəmiləri (10 köməkçi kreyser, 4 kater, 6 nəqliyyat gəmisi və 3 köməkçi gəmi) geri almaq uğrunda Sovet Xəzər Donanması və Sovet Azərbaycanı Qırmızı Donanmasının birgə əməliyyatı.
Ağların Ənzəlidəki donanmasını ingilis piyada diviziyasının hissələri qoruyurdu.
F. F. Raskolnikovun komandanlığı altında sovet gəmiləri 1920 il mayın 17-də Bakıdan yola düşdü və mayın 18-də səhər Ənzəliyə yanaşıb düşmən mövqelərini atəşə tutdu.
Sovet komandanlığı gəmilərin əmlakı ilə birgə təslim edilməsi barədə ingilis komandanlığına ultimatum verdi.
Eyni zamanda Ənzəli şəhərinə çıxarılan desant cənub – qərbə doğru irəliləyərək Ənzəli – Rəşt yolunu kəsdi.
İngilis piyadasının və torpedo katerinin hücum cəhdləri dəf edildi.
Mayın 18-də günün sonuna doğru ingilis komandanlığı ultimatumu qəbul etdi və qoşunlarını Rəştə çəkdi.
Sovet gəmiləri Ənzəli limanına daxil oldular.
Ənzəli əməliyyatı nəticəsində 23 gəmi, 4 hidroplan, 50-dən çox top, 20 min top mərmisi və s. ələ keçirildi.
Ağqvardiyaçılar qaçaraq İran ərazisində gizləndilər.
Tezliklə sovet gəmiləri Ənzəlini tərk etdi.

İranla dinc qonşuluq münasibətləri yaratmaq istəyən Sovet hökuməti Xəzər dənizini İran gəmilərinin hərəkəti üçün açıq elan etdi və Ənzəlidəki rus ticarət müəssisələrini ƏVƏZSİZ olaraq İrana verdi.

Go to TOP