Daha bir İkinci Qarabağ müharibəsi iştirakçısı intihara cəhd etdiyi bildirilir

Daha bir İkinci Qarabağ müharibəsi iştirakçısı, hərbi xidmət əlili Amin Akif oğlu Babayevin intihara cəhd etdiyi bildirilir.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Tovuzun Azaflı kənd sakini olan Amin Babayev iyulun 22-də dərman ataraq intihara cəhd edib. Lakin həkimlər onun mədəsini yuyaraq, xilas edə biliblər.

Yaxınlarının verdiyi məlumata görə, iyulun 23-də o, qollarını doğrayaraq yenidən intihara cəhd edib. Amin Babayev hazırda Tovuz Rayon Mərkəzi Xəstəxanasındadır. Həkimlər vəziyyətinin orta stabil olduğunu deyirlər, hazırda sistem köçürülür. “Psixoloji vəziyyəti yaxşı deyil, özünü öldürmək istədiyini deyir”, – deyə yaxınalrı deyib.

Yaxınlarının sözlərinə görə, Amin Babayevin intihar etməsinə səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ona əlillik dərəcəsi verməməsidir. Belə ki, dizində dəmir protez olan qazi buna rəğmən əlillik dərəcəsi ala bilmir.

Bu, son 2 gündə baş verən ikinci qazi intiharıdır. İkinci Qarabağ müharibəsinin iştirakçısı Nizaməddin İbadovun da iyulun 22-də Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşadığı evin həyətində özünü yandıraraq intihar etdiyi bildirilir.

Go to TOP