İbtidai sinif şagirdləri üçün talış dili dərslikləri çap olunub

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Azərbaycanda ibtidai sinif şagirdləri üçün talış dili dərslikləri çap olunub.

Elm və Təhsil Nazirliyi tərəfindən l-lV siniflər üçün “Talış dili” (Tolışə zıvon) dərslik komplektləri çap edib. Kitabın müəllifləri AMEA Dilçilik İnstitutunun lənkəranlı əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov və filologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Cəfərov və Elvin Səmədovdur.

Sosial media istifadəçilərinin bu mövzu ilə bağlı bəzi fikir və narahatçılıqlarını təqdim edirik:

Əgər talış dili müəllimi, talış dili dərsliyi olsa, bu fənni tədris etmək mümkündür. Onsuzda kənd məktəblərində talış dilini tədris edən müəllimlərin əksəriyyəti talış dilini bilmirlər.

***

Maraqlıdır. Görəsən talış dilini tədris edən müəllimlər varmı? Əgər LDU-da talış dili fakültəsi yoxdursa bu müəllimlər harada təhsil alıblar?

***

Talış dili tədrisi vacibdir. İkinci vacib məsələ talış zonasının kənd adlarının öz əzəli ad və mənalarına qaytarılmasıdır. Makan adları dəyişdirilməməlidir, çünki bu tarixdir! Tərcümələr çox mənasız və bərbaddır!

***

İnşallah ki, artıq bundan sonra bəzi qoyun məktəb “direktorlar”ı və “müəllimlər” bundan sonra “Tolışə zıvon” dərslərində uşaqları “Bədən tərbiyə” və ya “Əmək” dərsi adı ilə çölə çıxarmazlar…

***

Nəhayət Talış zonası üçun, talış dilində ibtidai sinif dərslikləri çap olundu. İndi qalır müəllimlərin bu dili uşaqlara normal keçməsi. Yəqin ki, hərkəs övladının ingilis, rus, alman və s dilləri öyrənməsini istəyər amma insan öz əcdadlarının dilini, öz tarixini, hardan gəldiyini, kim olduğunu bilməlidi…

Go to TOP