Tofiq Zülfüqarov Lənkəran haqqında: Şəhər peşəkar dilənçilərlə doludur, belə görünür ki, şəhər polisi dilənçilərlə şərikdir

“Ölkənin cənubuna getmişdim. Təbiəti çox gözəldir… amma nədən Lənkəranın küçələri zibillikdir? Hətta mərkəz də təmizlənmir, Dram Teatrının yaxınlığında zibil yandırılır…”

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bunları Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov özünün “feysbuk” səhifəsində yazıb.

Sabiq nazir Lənkəran küçələrində natəmizlik və dilənçiliyin tüğyan etdiyini bildirib və buna görə rayon rəhbərliyini, polisi günahlandırıb:Şəhər peşəkar dilənçilərlə doludur, belə görünür ki, şəhər polisi dilənçilərlə şərikdir”.

Go to TOP