Narkotiklə şərlənərək həbs edilən daha bir dindara hökm oxunub

Narkotiklə şərlənərək həbs edilən daha bir dindara hökm oxunub.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində dindar Mahmudağa Ağayev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Masallı rayonu Qızılavar kənd sakini Mahmudağa Ağayev 2023-cü ilin mart ayında qondarma narkotik ittihamı ilə şərlənərək həbs edilib.

2023-cü ilin gəlişi ilə inanclıların kütləvi həbsləri gerçəkləşən gündəmdə İran-Azərbaycan münasibətlərinin gərginləşməsi səbəb olaraq göstərilir. Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıları sayı mindən artıqdır ki, onların içində ruhanilərin sayı 50-dən artıqdır.

Go to TOP