Azərbaycanda “Tolışon Sədo” qəzeti təqiblərə görə öz fəaliyyətini dayandırır

Azərbaycanda dərc olunan “Tolışi Sədo” qəzeti təqiblərə görə bağlayır.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə qəzetin baş redaktoru Rafiq Cəlilov öz feysbuk səhifəsində məlumat verib:

“Ailəmə edilən təzyiqlərlə bağlı bir çox insanlara, qurumlara müraciət etdim, bildirdim ki, bunun sonu yaxşı olmayacaq və bu da son: dekabrın 14-ü Respublikanın tək-tük müstəqil qəzetlərindən biri də qeyri-müəyyən bir dövrə öz fəaliyyətini dayandırır, olsun, əgər belə STP rəhbərliyinə xoşdursa – qoy belə də olsun, talış xalqı öz dilində qəzet oxumasa da olar, təki dövlətimiz STP-nin direktoru Hicran Valehovdan və onun “ayıq” komandasından razı olsun.

Yaşa(ma)sın Azad Söz…”.

Qeyd edək ki, indiyədək “Tolışon Sədo” qəzeti 1000 tirajla nəşr olunurdu. Rafiq Cəlilov qəzeti öz şəxsi və xırda ianələri hesabına çap etdirə bildiyini demişdi.

Go to TOP