Lənkəranda sakinlər binanın zirzəmisinə dolan çirkab sularından şikayətçidirlər

Bir tərəfdən üfunət, digər tərəfdən rütubət. Zirzəmi də ağcaqanadlarla dolub.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu xoşagəlməz mənzərə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi bina 78/9 ünvanındandır.

46 il öncə tikilərək sakinlərin istifadəsinə verilən və 50-ə yaxın ailənin yaşadığı binanın zirzəmisində kanalizasiya suları aşıb-daşır. Bina 10 il əvvəl əsaslı təmir olunsa da, zirzəmidə yerləşən kanalizasiya sistemi düzgün qurulmadığından çirkab sular zirzəmiyə dolur.

Sakinlərin sözünə görə, hər şikayətlərindən sonra Su-kanal Sahəsindən gələrək zirzəmidən suyu çəkirlər, amma bu, problemi həll etmir.

 

Go to TOP