Lənkəran-Astara istiqaməti üzrə sərnişin qatarları niyə istifadəyə verilmir?

“Cənub istiqamətində dəmiryolu xətti saatda 20 km sürətlə hərəkət etməyə imkan verdiyi üçün, bu, sərnişindaşıma üçün məqbul hesab edilmir. Cənub istiqamətində dəmiryolu xətti texniki olaraq yalnız yükdaşıma üçün yararlıdır”.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Talış istiqamətində dəmiryolu xəttinin sərnişindaşınma üçün açılması gündəmdə deyil. Bu yol yalnız əsaslı yenidənqurma işlərindən sonra sərnişindaşıma üçün bərpa oluna bilər.

Go to TOP