Masallıda ev yandı

Masallı rayonunun Ərkivan qəsəbəsində yanğın baş verib. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi verir.

Belə ki, yanğın üçotaqlı fərdi yaşayış evinin bir otağında baş verib və genişlənmə riski yüksək olub. Hadisə nəticəsində ümumi sahəsi 146 kv.m olan üçotaqlı fərdi yaşayış evinin bir otağının və dəhlizinin yanar konstruksiyaları 30 kv.m sahədə, dam örtüyü 45 kv.m sahədə yanıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Go to TOP