Masallıda ana və iki azyaşlı uşağı dəm qazından ölüb

Masallıda 26 yaşlı qadın və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək öldüyü bildirilib.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu gün Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Vurğulanıb ki, araşdırma zamanı həmin evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Go to TOP