Sərhədlər daha 3 ay bağlı qalacaq

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılıb. Sərhədlər daha üç ay, iyulun 1-dək bağlı qalıb.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı martın 11-də qərar imzalayıb.

Öncəki qərarla xüsusi karantin rejiminin müddəti aprelin 2-dək uzadılmışdı.

Koronavirus pandemiyası dünyada 2019-cu ilin sonundan yayılmağa başlayıb. Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb. Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib. Azərbaycanda da bu virusa yoluxma sayında kəskin azalma var, lakin karantin rejimi sonlanmır.

Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər bunun COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyirlər.

Ölkə rəhbərliyi isə bununla bağlı hər hansı tutarlı açıqlama verməyib.

Go to TOP