Cəlilabadda çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır

Cəlilabad rayonu, Göytəpə şəhərində Göytəpəçayın kənarında torpaq sürüşməsi fəallaşıb.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, sakinlərin verdiyi məlumata görə, bir neçə ev və obyekt üçün təhlükəli vəziyyət yaranıb.

Onların sözlərinə görə, bir neçə gün ərzində yağan intensiv yağışlar nəticəsində fəallığı daha da artırıb. Artıq fərdi yaşayış evlərinin divarlarında iri çatlar meydana gəlib.

Sakinlər problemdən çıxış yolu kimi çay kənarında sahilbərkitmə işlərinin aparılmasını görürlər.

Sürüşmə zonasına Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxış keçirilib.

Go to TOP