Lənkəranda ər-arvad dəm qazından zəhərlənərək ölüb

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.

Onların 3 gün əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldikləri bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və evdə meyitlərini aşkarlayıblar.

Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı onların dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Prokurorluğdan bildirilib ki, 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

 

Go to TOP