Nikol Paşinyan: “Azərbaycan prezidenti talış xalqını təmsil edirmi yoxsa yox?”

TolishMedia-nın Yerevandakı jurnalistin verdiyi xəbərə görə, fevral ayının 12-də Ermənistan baş naziri Nikol Paşinyan hökümət tərəfindən parlamentin təsdiqə təqdim olunmuş beşillik dövlət proqramının müzkirəsində deputatlardən birinin sualını cavablandırarkən, Azərbaycandakı Talış məsələsinə toxunub.

Baş nazir Nikol Paşinyan danışıqlar prosesində Azərbaycan tərəfinin Dağlıq Qarabağın azərbaycanlı icmasının iştirak etmək istəməsinə münasibət bildirib və deyib ki, İlham Əliyevin danışıqlar aparmaq üçün faktiki olaraq Azərbaycanın prezident seçkilərində iştirak etdiyi bütün əhalisini təmsil etməsi mandatı yoxdur. Paşinyan “Biz deyirik – bir dəqiqə, bəlkə də ola bilər ki, Azərbaycanda elə vətəndaşlar var ki, İlham Əliyev onları təmsil etmir. Misal üçün, tutaq ki, azsaylı xalq olan talış milləti. Azərbaycan prezidenti talış xalqını təmsil edirmi yoxsa yox?”- deyə soruşub.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistəndə hakim olan “Mənim addımım” adlı parlament fraksiyasının üzvlərindən biri Ermənistan baş nazir Nikol Paşınyanın Davos iqtisadi forumunda İlham Əliyevlə keçirdiyi görüşü barədə Ermənistanın “Hraparak” qəzetinə məlumatlar verib bildiribdi ki, Nikol Paşinyan Əliyevlə Davosdakı görüşdə deyib: “Əgər bu məntiqlə irəliləsək danışıqlarda talışlar və ləzgilər də iştirak etməlidir”.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP