Nikol Paşinyan. “Belə getsə danışıqlarda talışlarla ləzgilər də iştirak etməlidir”

Ermənistan baş naziri Nikol Paşinyan ER Milli Məclisində “Mənim Adımım” parlament fraksiyası ilə qapalı görüş keçirib. Nikol Paşinyan fraksiya üzvlərini Davosda İlham Əliyevlə keçirdiyi görüş barədə də məlumatlandırıb

Bunu “TolishMedia”-nın Yerevandakı müxbiri erməni “Hraparak” qəzetinə instinadən xəbər verir.

“Paşinyan Əliyevə deyib ki, Qarabağ erməniləri adından danışıqlar apara bilməz. Qarabağ danışıqlar masasına qayıtmalıdır. Əliyev buna cavab olaraq bildirib ki, bu halda onlar tərəfindən Qarabağın Azərbaycan icması da iştirak etməlidir. Ermənistan baş naziri bunu etiraz edərək deyib ki, bu icma seçkilərədə Əliyevə səs verir, Qarabağ erməniləri isə Ermənistan seçkilərinə qatılmırlar. Əgər bu məntiqlə irəliləsək danışıqlarda talışlar və ləzgilər də iştirak etməlidir”.

Qəzetə danışan “Mənim Adımım” fraksiyasının adı çəkilməyən üzv həmçinin bildirib ki, Ermənistan baş naziri KİV-lərdə guya erməni tərəfə təzyiqlərinin olması və tezliklə “sülh sazişin” imzalanacağı barədə yer alan iddialarını da təkzib edib.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək bir yarım saat sürən qeyri-rəsi görüş keçirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP