Masallı rayonundan olan ukraniyalı həmyerlimiz

Əslən Azərbaycanın Masallı rayonundan olan , 1970 – ci il təvəllüdlü Riyafət Sadıq Oğlu Qasımov Ukraynanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin I Karpat Dairəsinin rəisi təyin edilib. Bu dairə İvano – Franskovsk və Çernovtsı vilayətlərini əhatə edir. Riyafət Qasımov 1987 – ci ildən Ukraynada yaşayır. İvano – Franskovsk Milli Qaz – Neft Universitetini və Ternopil Milli İqtisadiyyat Universitetini bitirib. Elmi nailiyyətlərə malikdir. Bir müddət biznes sahəsində çalışan Riyafət Qasımov daha sonra iki dəfə İvano – Franskovsk Şurasının deputatı olub. Hazırda təyin olunduğu vəzifəsinə qədər isə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin vilayət strukturunda çalışıb.

O, həm də azərbaycanlıların diaspor hərəkatında fəaldır. Baxın belə, vətənindən didərgin salınmış talış övladı, qurbət eldə həm karyerasını qurur və həm də onu doğma diyarından didərgin salam bir konqlamerantın diaspora təşkilatına canla- başla kömək edir. Bu bizim xalqın başlıca faiəsidir.

Talışstan – Masallı
Sərdar Bunyadov

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP