Astarada ağır yol qəzası olub, ölən və yaralanan var

Astara rayonunn Şüvi kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı ölən və yralanan şəxsin adları məlum olub.

TolishMedia informasiya xəbər agentliyi məlumat verir ki, rayonun Şüvi kənd sakini, 2001-ci il təvəllüdlü Şəhriyar Şair oğlu Əsgərovun idarə etdiyi “VAZ-21011” markalı 99-RU-131 dövlət-qeydiyyat nişanlı avtomobil, rayonun Siyətük kənd sakini, Məmməd Şükür oğlu Şahmurad oğlunun idarə etdiyi “Mercedes” markalı 99-HD-377 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə “VAZ”-ın sürücüsü Ş.Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişin, rayonun Şüvi kənd sakini, 2001-ci il təvəllüdlü Kamil Qadir oğlu Baxşiyev isə hadisə yerində ölüb.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP