Bakıda “Türkologiya: reallıqlar, problemlər, perspektivlər” Respublika elmi konfransı, İrəvanda isə ‘”üçüncü Talışşünaslıq beynəlxalq konfransı” keçirilib.

Bü günlərdə Bakı və İrəvan şəhərlərində iki konfrans keçirilib.

TolishMedia informasiya agenliyinin verdiyi xəbərə görə mayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türkologiya: reallıqlar, problemlər, perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Azərbaycanda türkologiya ilə bağlı müxtəlif tədbirlər keçirilir.

“Türkologiya elmi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki türkologiya elmi türk xalqlarının birliyini özündə ehtiva edir. Türkologiya elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. İnanıram ki, konfransın həm plenar iclasında, həm də bölmə iclaslarında aparılan müzakirələr bu sahədə olan ən son yeniliklərin ortaya qoyulmasına və qarşıda duran vəzifələrin müəyyən edilməsinə müsbət təsir edəcək”, – deyə Cəfərov bildirb.

Eyni zamanda, Ermənistanda mayın 24-25-də Üçüncü Talışşünaslıq beynəlxalq konfransı keçirilib.

TolishMedia informasiya agentliyi xəbər verir ki, konfrans zamanı əsas diqqət talışşünaslığın inkişafı və talış xalqının adını bütün dünyada daha yaxşı tanıdırması ilə bağlı bir sıra mühüm məsələlərə yönəlmişdi.

İndi bir sual meydana çıxır. Niyə hər dəfə Talışı sevdiyimizi sübut etməli və bu səbəblə Ermənistana üz tutmalı oluruq? Biz də digərləri kimi, Azərbaycan vətəndaşıyıq və dəfələrlə bunu sübut etmişik. Niyə görə son 26 ildə türk xalqının müxtalif məsələlərinə həsr olunan minlərlə konfranslar keçirilməlidir, talışa, talışın dilinə, tarixinə həsr olunan konfrans isə bir dənə də yox.

Məncə talışlara həsr olunan və istənilən ölkədə,  Ermənistanda olsa da, keçirilən konfranslarda iştirak edən hər talış adi bir adam yox, əslində Talış milli qəhrəmanıdır !!!

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP