Novruzəli Məmmədovun və onun ailə üzvlərinin ölümündə əli olan məmurların siyahısı

Novruzəli Məmmədovun və onun ailə üzvlərinin məhvinin məsuliyyəti bir başa aşağıdakı məmurların üzərindədir:

Mahmudov Eldar Əhməd oğlu – Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri. Hazırda vəzifəsindən kənarlaşdırılıb. O, N.Məmmədovun istintaq işinə gündəlik nəzarəti həyata keçirib və onun necə planlamasının (N.Məmmədovun azadlıqda olan övladlarının təqibi də daxil olmaqla) müəllifidir;

Kərimov Novruz Ağakərim oğlu – Azərbaycan Respublikası MTN İstintaq Baş İdarəsinin II şöbəsinin mühüm işlər üzrə baş müstəntiqi polkovnik-leytnant. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi. O, N.Məmmədov barəsində saxta istintaqın və saxta ittiham aktının müəllifidir;

Usubov Rüstəm Sabir oğlu – Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri. O, N.Məmmədov barədə saxta ittiham aktını AR Prokurorluğu adından təsdiq etmişdir;

Ələsgərov Şakir Çərkəz oğlu – Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi. Hazırda AR Xocavənd Rayon Məhkəməsinin hakimi. O, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə N.Məmmədov barəsində saxta iş üzrə məhkəmə prosesinə sədrlik etmişdir;

Allahverdiyeva Ramella Allahverdi qızı – Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi. Hazırda AR Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi. O, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə N.Məmmədov barəsində saxta iş üzrə məhkəmə prosesini aparan hakim tərkibinin üzvü;

Siyahı natamamdır (bura bu işə baxan Apelyasiya və Ali Məhkəmə hakimlərin, CCM və Müalicə Müəssəsinin məsul şəxslərin adları da əlavə edilməlidir).

Novruzəli Məmmədovun və onun ailə üzvlərinin qanı bizi Azərbaycanda və dünyanın hər bir guşəsində yaşayan talışlarımızı intiqama çağırır !!!

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP