Ataxan Abilov: Taleh Qaraşov təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb

Lənkəran başçısı Taleh Qaraşov 11 nəfər ailə üzvü (övladları və nəvələri) ilə AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb.

TolishMedia informasiya agentliyi xəbər verir ki, bunu Avropada siyasi mühacir həyatı yaşayan talış hüqüq müdafiəçisi Ataxan Abilov öz “Facebook” səhifəsində yazıb.

“AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 16500 manat xərcləyib.

İcra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində yerləşiblər. Ailənin gündəlik hotel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.

Sadə hesablamalar deyir ki, yay tətili başlamamış Lənkəran başçısı yay tətilinə artıq bir milyon manat xərcləyib. Lənkəran zəhmətkeşlərin canı sağ olsun…” – deyə A. Abilov bildirilib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP