Şeyx Movsüm Ərçivani (Arçoni)

Balşevik inqilabına qarşı ciddi mübarizə aparan Qafqazın əzəmətli alimlərindən və dəyərli ruhanilərindən biri olmuş Şeyx Möhsün Ərçivani  nin məntəqədəki nüfuzuna dözməyən zalımlar, bu dəyərli alim və mücahidin evinə hücum çəkdilər. Onu öz evinin həyətində, ailəsinin gözləri önündə, faciəli bir şəkildə şəhid etdilər.

Ayətullah Şeyx Möhsün Astarai 1880-ci ildə və ya bir neçə il ondan öncə, Lənkəran məntəqəsinin Astara şəhərinin tabeçiliyində olan  Arçoion (Ərçivan ) kəndində dünyaya gəlmişdir. Axund Əbdüssəmədin oğludur. Qafqazın əzəmətli alimlərindən və dəyərli ruhanilərindən biri olmuşdur.

Mədrəsə və ilkin məlumat məqsədli dini hövzə dərslərini atasının və məntəqə ruhanilərinin hüzurunda öyrənmişdir.

Sonra cavanlığında Ərdəbil dini hövzəsinə gedərək, orada ali səthi dərsləri Hacı Mir Saleh Müctəhid Ənavri və Ağa Seyid Mürtəza Xəlxali və başqa əzəmətli alimlərdən dərs almışdır.

Sonra isə 1897-ci ildə müqəddəs Nəcəfi-əşrəf şəhərinə səfər etmiş, orada Mövla Məhəmməd Fazil Şərabyani, Seyid Məhəmməd Kazım Təbatəbai Yəzdi, Axund Molla Məhəmməd Kazım Xorasani və digər böyük alimlərin elm xəzinəsindən bəhrələnərək, ali elmi və mənəvi məqamlara sahib oldu.

O, təqribən 1914-cü ildə öz doğma vətəninə qayıydır. Bolşevik inqilabının ciddi şəkildə dağıdıcı və zərərli olduğunu anladığı üçün, bu ateist ideyalarına qarşı geniş miqyaslı və yorulmadan mübarizə aparır. Şeyxin bu mübarizəsi o qədər güclü və təsirli idi ki, kommunist inqilabının rəhbərləri onunla amansız mübarizəyə qalxdılar. Üç il ona qarşı amansız tədbirlər və təzyiqlər davam etdi və sonda 1917-ci ildə (1335 h.q.) onun məntəqədəki nüfuzuna dözməyən zalımlar, bu dəyərli alim və mücahidin evinə hücum çəkdilər. Onu öz evinin həyətində, ailəsinin gözləri önündə, faciəli bir şəkildə şəhid etdilər. Mübarək vücudu doğulduğu məkanın qəbiristanlığında ( Məhəmməd Hənəfiyyə məscidində) yerləşir. Allah məqamını daha uca etsin!

Müstəcəb Hüseynov

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP